
Kiçik mətbəxlərdə isə böyük ada hazırlamaq məsləhət görülmür. Belə hallarda daha kiçik ölçülü model daha rahat olur.
Ada tipli mətbəx mebeli seçərkən nələrə diqqət edilməlidir?
İlk olaraq mətbəxin dəqiq ölçüsü götürülməlidir. Ada yerləşdirildikdən sonra rahat keçid üçün kifayət qədər boş sahə qalmalıdır. Material da vacibdir. Korpus üçün MDF və laminat geniş istifadə olunur. Qapaqlarda boyalı MDF, akril və membran MDF seçilə bilər. İş masasında isə laminat, süni daş və kvars daha uzunömürlü olur.Siyirmələrin mexanizmi keyfiyyətli olmalıdır. Yumşaq bağlanan siyirmələr daha rahat işləyir. Menteşələrin möhkəm olması da uzun müddət problem yaşamamağa kömək edir. İstəyə görə ada hissəsinə lavabo, bişirmə paneli, rozetka və əlavə dolablar da yerləşdirmək mümkündür. Bunlar sifarişdən əvvəl müəyyən edilməlidir.
Ada tipli mətbəx mebelinin üstünlükləri nələrdir?
Ada tipli mətbəx mebeli əlavə iş sahəsi yaradır. Yemək hazırlamaq daha rahat olur. Siyirmə və dolabların çox olması mətbəxdə səliqəni qorumağı asanlaşdırır. Bu model mətbəxə daha dolğun görünüş verir. Oturacaq hissəsi əlavə olunarsa, yemək yemək və ya qısa söhbət etmək üçün də rahat yer yaranır.Ada hissəsi mətbəxin ölçüsünə uyğun hazırlanır. Buna görə boş sahədən daha düzgün istifadə etmək olur. Sadə ada tipli mətbəx mebelləri 950 AZN-dən, MDF qapaqlı modellər 1 350 AZN-dən, akril və süni daş iş masalı modellər isə 1 900 AZN-dən başlayır.