Mətbəx Dizaynı və Planlaşdırma Xidməti

Rahat işləyən mətbəx necə qurulur

Yaxşı dizayn ilk növbədə hərəkət məsafəsi haqqındadır. Soyuducu, yuyucu və plitə arasındakı gediş-gəliş nə qədər qısa olsa, yemək hazırlığı bir o qədər rahat keçir. Layihəni hazırlayarkən ilk olaraq bu üç nöqtəni yerləşdiririk.

  • Ölçüyə əsaslanan planlaşdırma
  • Rozetka və işıq nöqtələrinin yerləşdirilməsi
  • Rəng və material üzrə məsləhət
Mətbəx dizaynı layihəsi

Mətbəx mebelləri sifarişlə hazırlanması

Fərqli sahələr üçün planlaşdırma variantları

Otağın ölçüsü və formasına görə hazırladığımız yanaşmalar.

Layihə mərhələsinin qazandırdıqları

Əvvəldən düzgün planlaşdırma sonrakı xərcin qarşısını alır.

Pulsuz layihə

Ölçü götürüldükdən sonra plan və qiymət təklifi ödənişsiz hazırlanır.

Ölçüyə Uyğun Hazırlanır

Plan real ölçülərə əsaslanır, quraşdırma zamanı uyğunsuzluq yaranmır.

Rahat istifadə

İş zonaları düzgün sıralanır, gündəlik hərəkət məsafəsi qısalır.

Sərfəli Qiymətlər

Büdcəyə görə material variantları seçilir, artıq xərc yaranmır.

Dizayn prosesi ilə bağlı suallar

Layihəyə başlamazdan əvvəl bilməli olduqlarınız.

Xeyr. Sifariş nəzərdə tutulan hallarda ölçü götürmə və layihə hazırlanması pulsuzdur. Plan bəyənilməzsə heç bir öhdəlik yaranmır.

Bu, ən düzgün yanaşmadır. Rozetka, su və kanalizasiya çıxışlarının yerini mebel planına görə təyin etmək sonradan uzadıcı və əlavə iş ehtiyacını aradan qaldırır.

Bəli. Hazır eskiz və ya dizayner layihəsi varsa, onu ölçülərlə tutuşdurub istehsala uyğunlaşdırırıq. Texniki cəhətdən problem yarada biləcək məqamları əvvəlcədən bildiririk.

Nümunə kataloqunu ünvana gətiririk. Rəngi otağın öz işığında görmək ekranda baxmaqdan qat-qat dəqiqdir, ona görə seçimi yerində etməyi məsləhət görürük.

Mətbəxinizin layihəsini hazırlayaq

Ölçü götürmə və plan təklifi üçün əlaqə saxlamağınız kifayətdir.